ÜTT-yə üzv olmağımız üçün 10-a yaxın dövlətlə danışıqlar aparılır
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. O, ABŞ, Avropa Birliyi, İsveçrə, Yaponiya, Norveç kimi ölkə və tərəflərlə danışıqlar apardıqlarını, bəzi məsələlərin razılaşdırıldığını, bəzi məqamların isə hələ razılaşdırılmadığını söyləyib: “Azərbaycanın öz mövqeyi var. Bəzi məsələlərdə mövqelər üst-üstə düşür, bəzi məsələlərdə isə düşmür. Azərbaycanın təşkilata hansı statusu qəbul olunacağı bizim üçün çox vacibdir. Hələ bu məsələdə razılıq əldə edə bilməmişik”.
M. Məmmədquliyev bildirib ki, bütün ölkələrlə ikitərəfli danışıqları başa çatdırmaq vacibdir, əks təqdirdə Azərbaycan quruma üzv ola bilməz. O, üzvlüyün nə vaxt gerçəkləşəcəyinə dair konkret müddət söyləməkdə çətinlik çəkib: “Bu, danışıqların gedişindən asılıdır”.
Xatırladaq ki, ötən həftə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması ilə bağlı işçi qrupun 8-ci iclası keçirilib.

Oxşar yazılar

“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
7 avqust 2025 , 10:15
Ev telefonundan istifadə üçün aylıq abunə haqqı 3,5 manat oldu
6 avqust 2025 , 18:29
Birbank kartlarında yeni dövr: limitsiz bonuslar ilə daha çox qazanmaq imkanı
6 avqust 2025 , 15:47
"Azərlotereya"nın dəstəyi ilə şəhid övladları üçün Avstriyada "Əmanətə Sədaqət" yay düşərgəsi keçirilib
5 avqust 2025 , 15:58
Supermarketlərin ən böyük hiyləsi AÇIQLANDI: siz fərqinə varmadan pul itirirsiniz
5 avqust 2025 , 11:41
Bakının bu qəsəbəsində yenə işıq kəsiləcək
5 avqust 2025 , 09:48
Bakının bu ərazilərində qaz olmayacaq
5 avqust 2025 , 09:36