Azərbaycan Özbəkistana texnika göndərdi - FOTO
Gələn həftə Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan Respublikasının Xalq Təsərrüfatı Nailiyyətləri sərgisi keçiriləcək. Noyabrın 5-də başlayacaq sərgi 5 gün davam edəcək.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Yük Daşımaları Departamentinin yük və kommersiya şöbəsinin rəisi Teymur Məmmədov Lent.az-a bildirib ki, İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək sərgidə nümayiş olunacaq eksponatlar artıq Özbəkistana yola salınıb. Onun sözlərinə görə, sərgidə nümayiş olunacaq eksponatların çeşidi zəngindir. Belə ki, Azərbaycanın kənd təsərrüfatı, yeyinti sənayesi, məişət avdanlıqları texnikası seriyasından bir sıra yeniliklər var.
Teymur Məmmədov deyib ki, Nəqliyyat Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi eksponatların yola salınmasını onlara həvalə edib: “Artıq sərgidə nümayiş olunacaq eksponatlar 25 vaqona yüklənərək yola salınıb. Yükləmə əməliyyatları Zazalı, N.Z.Tağıyev, Keşlə, Yevlax, Mingəçevir və Bakı şəhər yük stansiyalarında həyata keçirilib”.
Elxan SALAHOV

678