4 komitə gələn ilin büdcəsini müzakirə etdi
bu gün Milli Məclisin, Aqrar siyasət, İqtisadi siyasət, Sosial siyasət, təbii ehtiyatlar və energetika komitələrinin birgə iclası keçirilib. 2011-ci ilin büdcə layihəsinin müzakirəsinə həsr olunmuş iclasda müvafiq hökumət strukturlarının rəhbərləri də iştirak edib.
Lent.az-ın məlumatına görə, parlamentin İqtisadi siyasət komitəsinin sədri, millət vəkili Ziyad Səmədzadənin rəhbərliyi ilə keçirilən iclasda gələn ilin büdcə layihəsinin ən vacib parametrləri geniş təhlil olunub. Maliyyə naziri Samir Şərifov bildirib ki, 2011-ci ildə büdcənin gəlirləri 12 061 milyon manat, xərcləri isə 12 748 milyon manat həcmində proqnozlaşdırılır. Onun sözlərinə görə, büdcə tərtib olunarkən neftin 1 barelinin qiyməti 60 dollardan hesablanıb. Gələn ilin dövlət büdcəsinin xərclərində əsas yeri sosial xərclərin tutduğunu deyən nazirin fikrincə, sənəd hazırlanarkən əsas diqqət ölkə iqtisadiyyatın neftdən asılılığının azaldılmasına, regionların iqtisadi və xammal potensialının gücləndirilməsinə və maliyyə yardımlarının ünvanlılığının artırılmasına yönəldilib.
Daha sonra Hesablama Palatasının sədri Heydər Əsədov rəhbərlik etdiyi qurumun 2001-ci il büdcə layihəsinə hazırladığı rəyi hökumət nümayəndələrinin və deputatların diqqətinə çatdırıb. O qeyd edib ki, gələn ilin büdcəsinin gəlir və xərclərində prioritetlər kimi diqqət sosial xərclərə və müdafiə xərclərinə yönəldilib. Ancaq onun fikrincə, əsas diqqət büdcənin artırılmasına yox, büdcə vəsaitlərinin xərclənməsi zamanı səmərəliliyin artırılmasına yönəldilməlidir: “Biz hesab edirik ki, büdcə layihəsi hazırlanarkən diqqət vəsaitlərin istifadəsinin səmərəliliyinin artırılmasına yönəldilməli, bununla bağlı xüsusi proqramlar hazırlanmalı, xərclərin optimallaşdırılması prosesi davam etdirilməlidir”.
Millət vəkili Vahid Əhmədov isə 2011-ci il üçün Neft Fondundan dövlət büdcəsinə 55 faiz transferin nəzərdə tutulmasına etiraz edib. Onun sözlərinə görə, dünyada neftin qiyməti sabit deyil və dəyişkəndir: “Belə olan halda vergi sisteminin təkmilləşdirilməsi hesabına büdcənin daha çox vergilərdən formalaşdırılmasına nail olunmalıdır. Kənd təsərrüfatı sahəsində inkişafın yoxdur, halbuki əhalinin 40 faizi kənd yerlərində bu sektorda çalışır”.
İclasda Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev, deputatlar Əli Məsimli, Nazim Məmmədov və Hadı Rəcəbli çıxış edərək büdcə layihəsi ilə bağlı fikir və təkliflərini bildiriblər. Sonda dövlət büdcəsinin layihəsinin parlamentin plenar sessiyasına çıxarılması tövsiyə olunub.
Elxan SALAHOV

1585