Quba Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlərlə Bakı şəhər sakini Zaur Baxşiyev və Salyan rayon sakini Yadulla Səmədov saxlanılıblar.
Lent.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Onlardan külli miqdarda psixotrop maddə olan metamfetamin, narkotik vasitə olan heroin, ümumilikdə 117 ədəd metadon, preqabalin və tramadol həbləri aşkarlanaraq götürülüb.
Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib