Bakıda ƏMƏLİYYAT:  iranlının tapşırıqlarını  yerinə yetirənlər saxlanıldı
13 avqust 2025 14:37 (UTC +04:00)

Bakıda ƏMƏLİYYAT: iranlının tapşırıqlarını yerinə yetirənlər saxlanıldı

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Bakının Xətai və Binəqədi rayonlarında əməliyyatlar keçiriblər.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, nəticədə əvvəllər məhkum olunan 29 yaşlı Röyal Məmmədov və həmyaşıdı Cavad Məmmədov saxlanılıblar. Onlara məxsus mənzil və avtomobildən 15 kiloqram 460 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb.

Onların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri gizlədilən ünvanlardan əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyatlar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 636

Oxşar yazılar