Hindistandan camış əti idxalı dayandırıldı
Kənd Təsərrüfatı Nazirliyi Hindistandan Azərbaycana camış əti idxalını qadağan edə bilər. Bu barədə yekun qərar yaxın vaxtlarda aparılacaq araşdırmalardan sonra veriləcək.
Nazirlik yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəis müavini Emin Şahbazov Lent az-a bildirib ki, Azərbaycanın ət və ət məhsulları bazarındakı vəziyyət belə tələb edir. Onun sözlərinə görə, 10 ildən çoxdur ki, Hindistandan Azərbaycana camış əti idxal olunur. Lakin son vaxtlar xaricdən gətirilən camış ətinin satışı ilə bağlı şikayətlər çoxalıb. Dövlət Baytarlıq Xidməti isə şikayətlərin düzgün olub-olmaması ilə bağlı araşdırmalara başlayıb. Həmçinin DBX öz baytarlarını yaxın vaxtlarda Hindistana göndərməyi planlaşdırır.
Emin Şahbazov deyib ki, qurumun mütəxəssisləri Hindistanda camış əti ixracı ilə bağlı vəziyyəti yerindəcə araşdıracaqlar. Onun sözlərinə görə, Hindistandan göndərilən camış ətinin sanitar tələblərə uyğun olmadığı təsdiqlənərsə, bu ölkədən Azərbaycana camış əti idxalına qadağa qoyulacaq.
DBX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanəvəli isə Lent.az-a bildirib ki, artıq bu gündən etibarən Hindistandan Azərbaycana ət və ət məhsullarının, o cümlədən camış ətinin idxalı müvəqqəti dayandırılıb. Onun sözlərinə görə, artıq ət idxalçılarına bu barədə xəbərdarlıq da edilib: “Azərbaycana Hindistandan ət və ət məhsulları gətirən müəssisələrdə baytarlıq-sanitariya tələblərinə əməl olunmasını və regionun epizootik vəziyyətini araşdırmaq məqsədilə monitorinq aparılması zərurəti yaranıb. Bunu nəzərə alaraq bu gündən Hindistandan ət və ət məhsullarının gətirilməsi müvəqqəti dayandırılıb”.
Yolçu Хanvəli deyib ki, bu qadağanın nə vaxt aradan qaldırılacağı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Xatırladaq ki, bu ilin 9 ayı ərzində Hindistandan 4 min ton camış əti gətirilib.
Elxan SALAHOV

867