“Daxili turistlərdən gələn gəlir və xərclər şəffaf şəkildə bilinməlidir”
“Bugünkü statistika Azərbaycan iqtisadiyyatında daxili və xarici turizmin neçə faiz təşkil etdiyini deməyə imkan vermir”. Lent.az-ın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.
Nazir qeyd edib ki, bu gün Azərbaycan iqtisadiyyatında turizmin çəkisi mehmanxana və turizm şirkətlərinin fəaliyyəti ilə ölçülür. Lakin bu rəqəmlər turizm dövriyyəsində olan vəsaiti tam əks etdirmir: “Bu proqramda turizm statistikasının təkmilləşdirilməsi, yalnız xaricdən gələn turistlərin yox, Azərbaycan vətəndaşlarının da xərclədiyi vəsaitlərin ümumdaxili məhsulun tərkibinə daxil edilməsi vəzifə kimi qoyulub. Odur ki, bütün lazımi hazırlıq işləri tamamlanandan sonra 2014-cü ildə deyə bilərik ki, Azərbaycan iqtisadiyyatında daxili və xarici turizm neçə faiz təşkil edib. Lakin bu gün o statistika buna imkan vermir”.
Nazirin sözlərinə görə, bu baxımdan turizm statistikasına və qanunvericiliyin təkmilləşdirilməsinə xüsusi önəm verilməlidir. Çünki bu, tək Azərbaycanın yox, əksər ölkələrin problemidir: “Problem ondadır ki, təyyarə ilə gələn turistlərin sayını bilmək olur. Lakin daxili vətəndaşlar adi minik maşınları rayonlara gedir, şəxsi evlərdə kirayədə qalır. Ona görə də daxili statistikanı hazırlamaq olmur. Biz 2 ildi daxili statistikanın yaradılması üzərində çalışırıq, hələ də buna nail ola bilməmişik. Daxili turistlərdən gələn gəlir və xərclər də şəffaf şəkildə bilinməlidir. Əgər turizm haqqında qanuna yenidən baxılmasa və reallıq nəzərə alınmasa, bu iş mümkün olmayacaq”.
Əbülfəs Qarayev nazirlik tərəfindən qrup yaradıldığını və bu qanunun birinci variantının hazırlandığını qeyd etdi. Sənəd yaxın vaxtlarda Nazirlər Kabinetinə və Prezident Aparatına təqdim ediləcək.
Nazir onu da bildirdi ki, bununla əlaqədar Ümumdünya Turizm Təşkilatı Bakıda 4 seminar keçirəcək. Orada Dövlət Statistika Komitəsinin nümayəndələri də dəvət olunacaq.
Xəyalə Muradlı

557