İqtisadi böhranın ikinci dalğası gəlir
Bu xəbərdarlıqla Beynəlxalq Valyuta Fondunun rəhbəri çıxış edib
Dünya iqtisadiyyatının stimullaşdırılmasının vaxtından əvvəl dayandırılması böhranın ikinci dalğasını şərtləndirə bilər.
Lent.az-ın məlumatına görə, bu bəyanatla Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Dominik Stross-Kan çıxış edib. Stross-Kan xəbərdarlıq edib ki, qlobal iqtisadiyyatın növbəti dəfə böhran yaşaması ehtimalı var. Onun sözlərinə görə, hökumətlərin milli iqtisadiyyatın artımını şərtləndirən stimullaşdırıcı tədbirlərdən imtina etməsi hələ ki, tezdir.
“Biz çox ehtiyatlı olmalıyıq, çünki indiki artım çox kövrəkdir” deyən Stross-Kanın fikrincə, Çin və digər Asiya ölkələri inkişafın lokomotividir, onların ümumi daxili məhsulun artım tempi böhrandan əvvəlki həddə çata bilər. BVF rəhbəri hesab edir ki, inkişaf etməkdə olan ölkələrin dövriyyəyə buraxdığı ucuz pullar dünya iqtisadiyyatının riskini artırır. Bu isə bazarlarda yeni köpük yaradır.
“Fərdi istehlakın bərpası və məşğulluq səviyyəsinin artması hökumətlərin böhran dövründə iqtisadiyyatın dəstəklənməsinə yönəltdiyi tədbirlərdən imtinası üçün zəruri şərtdir” – deyə, BVF rəhbəri əlavə edib. O, həmçinin qeyd edib ki, dövlət borcunun yüksək səviyyəsi probleminin həlli bir çox ölkələrin hökumətləri üçün prioritet vəzifə olacaq. Stross-Kanın fikrincə, rəhbərlik etdiyi beynəlxalq qurum bu il dünya ÜDM-nin artım proqnozunu artıracaq.
Xatırladaq ki, BVF-nin sonuncu proqnozuna əsasən, 2010-cu ildə qlobal iqtisadiyyat 3,1 faiz artacaq.
Elxan SALAHOV

Oxşar yazılar

“Azercell”in sosial layihə müsabiqəsinin final turu baş tutdu®
7 iyul 2022 , 14:27
“Azəriqaz"da media və QHT nümayəndələri ilə növbəti görüş olacaq
7 iyul 2022 , 14:00"Açıq Mikrofon" aksiyasında Qax sakinlərinin problemləri dinlənildi - FOTO
6 iyul 2022 , 19:48
“Aura” nın dəstəyi ilə “Her Improvement” proqramının dördüncü mərhələsi başa çatdı®
6 iyul 2022 , 17:42
“Azəriqaz” rəhbəri Şərqi Zəngəzurda işləyən heyətlə görüşdü - FOTO
6 iyul 2022 , 16:35
ABB-dən hər kəsə sərfəli kredit®
6 iyul 2022 , 11:29
Dünyanın ən gözəl gölü - FOTO
5 iyul 2022 , 19:01