Zlatan İbrahimoviç İtaliya  serialında çəkiləcək
04 oktyabr 2022 13:11 (UTC +04:00)

Zlatan İbrahimoviç İtaliya serialında çəkiləcək

İtaliya çempionu “Milan”ın 41 yaşlı isveçli hücumçusu Zlatan İbrahimoviç İtaliya komediya serialı “Vita da Carlo”nun ikinci mövsüm çəkilişlərində rol alacaq.

Lent.az xarici mediaya istinadla bildirir ki, serialın istehsalı və yayımını “Napoli” prezidenti Aurelio De Laurentisin ortağı olan “Paramount+” şirkəti həyata keçirəcək.

İbrahimoviç ciddi zədəsini sağaldır və yanvarda “Milan”ın ümumi qrupunda məşqlərə başlayacaq.
 

# 1407
avatar

Oxşar yazılar