İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidanın koronavirus testinin cavabı müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, fransalı mütəxəssisdə yoluxma aşkarlanmayıb.
Təmasda olduğu yaxınları koronavirusa yoluxduğu üçün özünü təcrid edən Zizu bugünkü məşqə qatılmayıb. Lakin testin nəticəsi neqativ çıxdığından, onun işinin başına dönməsinə əngəl qalmayıb. La Liqa rəhbərliyi çempionatın XVIII turunda “Osasuna” ilə səfər görüşündə 49 yaşlı mütəxəssisin texniki zonadakı yerini tutmasına icazə verib.
Qeyd edək ki, “Osasuna” – “Real” oyunu yanvarın 9-da keçiriləcək.