"Bavariya" rəhbərliyi Zinəddin Zidanı komandanın baş məşqçisi postuna dəvət etməkdə maraqlıdır.
Lent.az bildirir ki, bu barədə "Corriere dello Sport" xəbər verir.
Mənbənin məlumatına görə, Münhen komandası artıq fransalı mütəxəssisin nümayəndələri ilə əlaqə saxlayıb. Qeyd olunur ki, "Bavariya" istənilən halda komandanın hazırkı baş məşqçisi Tomas Tuxellə yollarını ayıracaq - ya yaxın vaxtlarda, ya da mövsümün sonunda.
Xatırladaq ki, Zidan uzun müddətdir işsizdir. Fransalı mütəxəssisin son klubu "Real" olub.
Tuxel ötən ilin martından “Bavariya”ya rəhbərlik edir. Alman mütəxəssis bu postda gözlənilmədən həmyerlisi Yulian Naqelsmanı əvəzləyib. Tuxel 2022/2023 mövsümündə Münhen klubu ilə Bundesliqanın qalibi olub.
Almaniya Bundesliqasının 21 turundan sonra "Bavariya" 50 xal toplayıb və ikinci pillədə qərarlaşıb. Münhen komandası ilə lider “Bayer” arasındakı fərq 8 xaldır.