PSJ rəhbərliyi bu mövsümün sonunda heyətin genişmiqyaslı təmizlənməsini təşkil etməyi planlaşdırır.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Paris klubu cari Liqanın son 9 matçında kifayət qədər yaxşı çıxış etməsələr, Lionel Messi, Serxio Ramos, Carlos Soler, Vitinha, Renato Sançes, Fabian Ruiz, Juan Bernat və Yuqo Equitica ilə yollarını ayıra bilər.
Qeyd olunur ki, istənilən halda PSJ rəhbərliyi Canluici Donnarumma, Marko Veratti, Kilian Mbappe, Nuno Mendes, Markinhos, Achraf Hakimi və Danila Pereyranı satmayacaq.
Xatırladaq ki, PSJ Çempionlar Liqası və Fransa Kubokunu artıq tərk edib və ölkə çempionatında yalnız qələbə uğrunda mübarizəni davam etdirir.
Komandaya hazırda Kristofer Qaltye rəhbərlik edir.