"Yuventus" rəhbərliyi İtaliya klubunun baş məşqçisi postuna uyğun namizəd kimi "Brayton"un çalışdırıcısı Roberto de Zerbini görür.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə jurnalist Mett Lou sosial şəbəkədə məlumat yayıb.
Qeyd olunur ki, 43 yaşlı mütəxəssis yanvarda kifayət qədər transfer aktivliyi olmadığı üçün “qağayılar”ın nümayəndələri ilə münaqişə yaşayıb.
Mənbənin sözlərinə görə, Turin klubu yaranmış vəziyyətdən istifadə edib, mövsümün sonunda italiyalı məşqçini rəhbərliyə dəvət edə bilər.
Əlavə edək ki, de Zerbi 2022-ci ilin sentyabrında “Brayton” a rəhbərlik edib. Bu mövsüm komanda 22 oyundan sonra 35 xalla Premyer Liqanın turnir cədvəlində 7-ci yerdədir.