“Yuventus” onun transferi üçün  danışıqlara   başladı
20 iyun 2023 18:49 (UTC +04:00)

“Yuventus” onun transferi üçün danışıqlara başladı

Sankt-Peterburq "Zenit"inin hücumçusu Malkolm İtaliyanın "Yuventus"una keçə bilər.

Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, Turin klubu braziliyalı futbolçunun transferi ilə bağlı danışıqlara başlayıb.

"Yuventus" 26 yaşlı futbolçunun transferi üçün rəsmi təklif hazırlayır. İspaniyanın "Barselona"sından Sankt-Peterburq klubuna keçən Malkolm 2019-cu ilin yayından "Zenit"də çıxış edir. Ötən yay braziliyalı Sankt-Peterburq klubu ilə yeni uzunmüddətli müqavilə imzalayıb.

“Zenit”in heyətində Malkom dördqat Rusiya çempionu, Rusiya kubokunun və üç dəfə ölkə Superkubokunun sahibi olub. 2023-cü ildə Malkom Rusiya vətəndaşlığını alıb.
 

# 1713
avatar

Oxşar yazılar