Turinin "Yuventus" klubu Argentinanın heyətində dünya çempionu olan yarımmüdafiəçisi Anxel Di Mariya ilə müqaviləni uzatmayacaq.
Lent.az bildirir ki, bu barədə “Gazzetta dello Sport” məlumat yayıb.
34 yaşlı futbolçunun müqaviləsi bu mövsümün sonuna kimi hesablanıb. Di Mariya keçən yay PSJ-dən ayrıldıqdan sonra pulsuz olaraq "Yuventus"a keçib.
”Transfermarkt” Di Mariyanı 10 milyon avro dəyərində qiymətləndirib.
Bu mövsüm argentinalı "Yuventus"un heyətində bütün turnirlərdə 15 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.