“Qremio”nun hücumçusu Luis Suares 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində noyabrda keçiriləcək oyunları üçün Uruqvay millisinə çağırılıb.
Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə ölkə Futbol Federasiyasının mətbuat xidməti xəbər verir.
Braziliya A Seriyasının bu mövsümündə Suares 29 oyun keçirib, 14 qol vurub və 10 məhsuldar ötürmə verib.
Xatırladaq ki, hücumçu sonuncu dəfə millinin heyətində noyabr-dekabr aylarında Qətərdə keçirilən 2022-ci il dünya çempionatında çıxış edib.
Qarşıdakı oyunlarda Marselo Bielsanın yetirmələri Argentina (17 noyabr) və Boliviya (22 noyabr) ilə qarşılaşacaq.