Yayda heyəti gücləndirmək üçün  230 milyon avrodan çox   xərcləyəcək
16 may 2023 13:13 (UTC +04:00)

Yayda heyəti gücləndirmək üçün 230 milyon avrodan çox xərcləyəcək

"Arsenal"ın rəhbərliyi yay transfer pəncərəsində heyətini gücləndirmək üçün 230 milyon avrodan çox sərmayə qoymağa hazırdır.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, “Arsenal”ın baş məşqçisi Mikel Arteta yayda böyük xərclərə görə rəhbərlikdən “yaşıl” işıq alıb. “Topçular”ın baş məşqçisi “Vest Hem” və “Brayton”un yarımmüdafiəçiləri Deklan Rays və Moyses Kaysedonu transfer etməkdə maraqlıdır.

"Arsenal" həmçinin "Barselona"dan Rafinya və Leverkuzenin “Bayer” klubundən Mussa Diabi ilə maraqlana bilər. “Topçular” “Çelsi”nin yarımmüdafiəçisi Meyson Mauntla maraqlanmaqda davam edir.

“Arsenal” Premyer Liqada 35 oyundan sonra 81 xalla turnir cədvəlində ikincidir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1392
avatar

Oxşar yazılar