Xorvatiya millisindəki karyerasını nə vaxt başa vuracaq?   - CAVAB
09 sentyabr 2024 13:26 (UTC +04:00)

Xorvatiya millisindəki karyerasını nə vaxt başa vuracaq? - CAVAB

"Real"ın və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç Millətlər Liqasında Polşa üzərində qələbədən (1:0) sonra bildirib ki, həvəsli olduğu müddətdə millidə oynamağa davam edəcək.

“Mənim yaşımda nəyisə proqnozlaşdırmaq çətindir. Mənimlə bağlı heç vaxt təxmin etməyəcəksən. Oyundan oyuna getmək lazımdır. Nə qədər ki, özümü belə hiss edirəm - meydanda əylənirəmsə, orada olacam.

Əgər hiss etsəm ki, artıq məndə bu həvəs yoxdur, o zaman heç kimə deməyə ehtiyac duymayacağam - bunu özüm başa düşəcəyəm. Sağlamlığım hər şeydən əvvəl gəlir və qalan hər şeyi özüm həll edəcəm”, - Lent.az bildirir ki, 38 yaşlı Modriç deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1212
avatar

Oxşar yazılar