“Çox güman ki, bu, dünya çempionatında oynamaq üçün son imkanım idi. Tam əminliklə demək olar ki, mənsiz dünya çempionatında heç nəyə baxmaq olmayacaq. Yəni, mundialı izləməyə dəyməz”. Lent.az-ın məlumatına görə, bunu futbol üzrə İsveç milli komandasının kapitanı Zlatan İbrahimoviç deyib.
O, “pley-off” mərhələsində yenildikləri Portuqaliyanı təbrik etsə də, hər iki komandanın Braziliyada keçiriləcək Mundiala yollanmağa layiq sayıb: “Əlbəttə, biz pərişanıq. İndi Braziliyadakı çempionata yollanmaq İsveç yığması üçün arzu olaraq, qalacaq”.
Qeyd edək ki, İsveç dünya çempionatının “pley-off”unda Portuqaliyaya səfərdə 0:1, evdə isə 2:3 hesabı ilə yenilib.