Zidana 6 il həbs!
21 noyabr 2013 11:22 (UTC +04:00)

Zidana 6 il həbs!

Almaniyanın “Borussiya” (Dortmund) klubunun və Misir milli komandasının sabiq futbolçusu Məhəmməd Zidan maliyyə fırıldağı səbəbindən qiyabi prosedurla 6 illik həbs cəzasına məhkum edilib. Lent.az-ın “Hram Online” nəşrinə istinadən verdiyi məlumata görə, Zidana qarşı iddianı layihə və şəhər tikintisi ilə məşğul olan ərəb şirkəti qaldırıb.

 

Hazırda xaricdə olan 31 yaşlı sabiq hücumçu saxta qəbzlərdən istifadədə ittiham edilir.

 

Qeyd edək ki, Məhəmməd Zidan yanvarda “Bani Yas”ı tərk etdikdən sonra hələ də azad agent statusundadır. Hazırda o, “Əl-Cəzirə İdman” telekanalında ekspert işləsə də, futbolçu karyerasını rəsmən başa vurmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1789
avatar

Oxşar yazılar