Yuri Syomin: “Qəbələ”yə yaxşı futbolçular almaq lazımdır
03 avqust 2013 07:56 (UTC +04:00)

Yuri Syomin: “Qəbələ”yə yaxşı futbolçular almaq lazımdır

“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Topaz Premyer Liqasının 2013/14 mövsümünün startında səfərdə “Bakı”nı 2:1 hesabı ilə məğlub etdikdən sonra müsahibə verib. Apasport.az saytının məlumatına görə, rusiyalı mütəxəssis “sportbox.ru”ya “qırmızı-qaralar”ın gələcək planlarından danışıb. 

- Rusiyadan təklif alsanız, ailəvi geri qayıdarsınızmı? 
- Bu, fitnəkar sualdır! Mənim “Qəbələ” ilə hələ qüvvədə olan müqaviləm və həmçinin qarşıda klubun inkişaf planları var. 

- Siz Azərbaycanda çalışan ilk rusiyalı baş məşqçilərdən birisiniz. “Qəbələ”yə rusiyalı futbolçulardan kimi dəvət etmək istəyirsiniz? 
- Hesab edirəm ki, oyunçuları rusiyalı, afrikalı və başqa birisi deyə ayırmaq düzgün deyil. Komandaya yaxşı futbolçular almaq lazımdır.

- Klubun qarşısında duran məsələlər hansılardır? Komandanızın avrokuboklara yollanmasından söhbət gedirmi? 
- Avrokuboklarda iştirak etmək bizim üçün vacibdir. Lakin indi əsas məsələ növbəti matçı qazanmaqdır.
 

# 721
avatar

Oxşar yazılar