Yubiley qələbəsi
02 avqust 2013 02:27 (UTC +04:00)

Yubiley qələbəsi

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu “Qarabağ” üçün yubiley ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi “Gefle” ilə oyunadək avrokuboklarda 15-ci qələbəsini qazanıb.

Belə ki, bu matçadək 14 dəfə qalib gələn ağdamlılar İsveç təmsilçisini 1:0 hesabı ilə məğlub edib. Azərbaycan klubları arasında Avropada ən çox qələbəsi olan komandamız bu qələbələrindən 1-ni İntertoto kuboku, qalanlarını isə əvvəl UEFA kuboku adlanan indiki Avropa Liqasında əldə edib. Əslində, bu qələbələrin 14-ü də Avropa Liqasına təsadüf edib. Yarış adını dəyişdikdən sonra ağdamlılar iştirak etdiyi mövsümlərdə uğurlu çıxış edib.

İlk qələbəsini 1999-cu ildə İntertoto kubokunun Hayfada “Makkabi” (İsrail) qazanan (2:1) təmsilçimiz 2009/10 mövsümündə 10 illik həsrətinə son qoyub 3 dəfə qalib gəlmişdi. 2011/12 mövsümündə də eyni sayda uğuru olan komanda 2010/11 və cari mövsümdə hər dəfə 4 zəfər əldə edib. 

Son 5 mövsümdə 14 qələbə ilə rekordu ələ keçirən “Qarabağ”ın ən yaxın izləyicisi “Neftçi”nin 12, “İnter”in 8, “Bakı”nın 4, digər komandalarımızın isə 2 və ya daha az qələbəsi var.

Qeyd edək ki, “Qarabağ”ın ilk qələbəsi Böyükağa Ağayevin. Digər 14-ü isə Qurban Qurbanovun baş məşqçiliyi vaxtına təsadüf edib.

# 714
avatar

Oxşar yazılar