Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun adına beynəlxalq mükafat təsis edilib. Apasport.az saytının məlumatına görə, mükafat ilk dəfə Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə “Tata Steel Chess” super turnirində təqdim ediləcək.
Mükafatın qalibini jüri – ailəsi adindan qardaşı Sərxan Həşimov, Veyk-an-Zee turnirinin direktor Yerun van den Bera və yarışın baş hakimi Pavel Votruba seçəcək.
“Fair-play” qaydalarına riayət edən şahmatçı qalib adına layiq görüləcək.
Qalib seçilərkən Vüqar Həşimovun həmişə yarışlarda şahmata, azarkeşlərə və təşkilatçılara göstərdiyi hörmət prinsipi nəzərə alınacaq.
Mükafat yanvarın 31-də Veyk-an-Zee super turnirinin bağlanış mərasimi zamani təqdim ediləcək.