Useyn Bolt 7-ci dəfə dünya çempionu olub
18 avqust 2013 05:43 (UTC +04:00)

Useyn Bolt 7-ci dəfə dünya çempionu olub

Yamaykalı məşhur atlet Useyin Bolt yüngül atletika üzrə Moskvada keçirilən dünya çempionatında da qalib olub.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, 200 metrlik qaçışda o, 19,66 saniyə nəticə ilə yarışda qələbə qazanıb.

 

Bununla da o, yeddiqat dünya çempionu olub.

 

İkinci yerə onun həmyerlisi Uorren Ueyr 19,79 saniyə ilə ikinci yeri tutub.

 

Amerikalı Kertis Mitçell 20,04 saniyə ilə yarışı üçüncü yerdə başa vurub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 922
avatar

Oxşar yazılar