Ünal Aysal Terimin arxasınca danışıb
08 oktyabr 2013 22:55 (UTC +04:00)

Ünal Aysal Terimin arxasınca danışıb

“Qalatasaray”ın prezidenti Ünal Aysal komandasının hazırkı vəziyyəti ilə bağlı maraqlı açıqlamalar verib, Apasport.az saytı xəbər verir ki, Türkiyə mətbuatına danışan Aysal son turda “Akhisar BS” ilə oyundakı uğursuz çıxış və məğlubiyyətə görə, komandanın sabiq baş məşqçisi Fatih Terimi günahlandırıb. 


Klub rəhbəri futbolçuların Terim dönəmində fiziki cəhətdən zəif olduğunu deyib: “Komandamızda hazırda bəzi problemlər var. Futbolçularımız mövsüm başlayandan bəri fiziki cəhətdən zəifdir və onlar pis vərdişlərə yiyələnib. Bunlardan başqa hər şey yaxşıdır”.

Aysal yeni baş məşqçi Roberto Mançiniyə də güvəndiyini bildirib: “Yeni baş məşqçimiz bu problemləri bir ay içində həll edə bilər. Çünki o, millilərin oyunu ilə əlaqədar yaranmış fasilədə Superliqadakı digər komandaları yaxından tanımaq və analiz etmək şansı əldə edəcək. Hələ çox oyun larımız var. İtirilən xalları qaytarmaq üçün kifayət qədər vaxtımız var”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1472
avatar

Oxşar yazılar