UEFA VAR sistemini tətbiq etməyə tələsmir
30 iyun 2017 22:55 (UTC +04:00)

UEFA VAR sistemini tətbiq etməyə tələsmir

0

UEFA futbolda videotəkrar hakim köməkçisi (VAR) sistemini geniş miqyasda tətbiq etməyə tələsmir. Apasport.az saytının məlumatına görə, bu barədə qurumun prezidenti Aleksandr Çeferin açıqlama verib.

 

O, bildirib ki, sistemə hələ tam güvənmir: “Bu sistem məni inandırmalıdır. Bunun üçün isə hələ çox sınamaq lazımdı. Düşünürəm ki, onu kütləvi şəkildə istifadə etmək üçün tələsmək lazım deyil”.

 

Qeyd edək ki, VAR sistemi hazırda davam edən Konfederasiyalar Kubokunda tətbiq olunur və bir neçə oyunda ciddi mübahisələrə səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 464

Oxşar yazılar