2020-ci il Avropa çempionatına həsr olunmuş ilk tanıtım seminarı UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında işə başlayıb. Lent.az-ın məlumatına görə, çempionata namizədliyini irəli sürmüş bütün şəhərlərin nümayəndələri tədbirə qatılıb.
“Bakı-2020”ni AFFA-nın baş katibi Elxan Məmmədov və İşçi Qrupun üzvləri təmsil edir. Seminara oktyabrın 18-də yekun vurulacaq.