UEFA-dan şad xəbər
19 dekabr 2013 12:44 (UTC +04:00)

UEFA-dan şad xəbər

UEFA 2013/2014-cü il mövsümünün ikinci yarısı üçün hakimlərin yeni kateqoriyalarını açıqlayıb. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, FIFA referisi Əliyar Ağayev ikinci kateqoriyaya daxil edilib.

 

Beləliklə, II kateqoriyalı hakimlərimizin sayı 2-yə yüksəlib.

 

Qeyd edək ki, daha öncə FIFA referisi Anar Salmanov da UEFA-nın ikinci kateqoriyasına salınmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1157
avatar

Oxşar yazılar