Türkiyə futbolunda qalmaqal: medallar dəyişik düşdü
12 avqust 2013 11:39 (UTC +04:00)

Türkiyə futbolunda qalmaqal: medallar dəyişik düşdü

“Qalatasaray” və “Fənərbaxça” klubları arasında Türkiyə Superkubokunun final matçında qalmaqal yaşanıb.

 

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə,  “Qalatasaray”ın qələbəsi ilə başa çatan oyundan sonra Türkiyə Futbol Federasiyasının rəsmiləri medalları təqdim ediblər.

 

Öncə ikinci yeri tutan “Fənərbaxça” oyunçularına, sonra da “Qalatasaray” oyunçularına medallar təqdim olunub. Ancaq medalların hər iki komandaya yanlış verildiyi üzə çıxıb. Məlum olub ki, “Fənərbaxça” oyunçularına birinci, “Qalatasaray” futbolçularına ikinci yer üçün nəzərdə tutulan medallar verilib. Türkiyə Futbol Federasiyası medalları toplatdıraraq yenidən komandalara təqdim edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1910
avatar

Oxşar yazılar