Argentina millisi Sinqapurla yoldaşlıq oyununda iki əsas oyunçusunun xidmətindən məhrum olacaq. Apasport.az saytının məlumatına görə, buna səbəb yığma üzvlərinin toylarının olmasıdır.
Belə ki, iyunun 13-də keçiriləcək matçda Lionel Messi və Nikolas Otamendi iştirak etməyəcəklər.
Messi iyunun 30-da keçiriləcək toy mərasiminə hazırlaşmaq üçün baş məşqçi Xorxe Sampaolidən icazə alıb. Otamendinin şad günü isə ayın 16-da olacaq.