“Xəzər Lənkəran” futbol komandasının baş məşqçi postundan istefa verən Con Toşak klubu 1000 manat ziyana salıb. Lent.az-ın məlumatına görə, bu məbləğdə cəriməni Toşaka AFFA Hakimlər Komitəsi kəsib.
Uelsli mütəxəssis “ağ-yaşıllar”ın “Bakı”ya 0:3 hesabı ilə uduzduğu Topaz Premyer Liqası oyunundan sonra mətbuat konfransına qatılmayıb.
“Qəbələ” klubu isə 2000 manat cərimələnib. Səbəb AZAL-la ev oyununun 33-cü dəqiqəsində yerli azarkeşlərin meydana kənar əşyalar atmasıdır.