Futbol üzrə Topaz Premyer Liqasında 2013/2014-cü il mövsümünün püşkü atılıb. Lent.az-ın məlumatına görə, AFFA-nın inzibati binasında keçirilən tədbirə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və klub nümayəndələri qatılıblar.
Püşkə əsasən, XXII ölkə çempionatının ilk turunda aşağıdakı cütlüklər qarşılaşacaq:
“Sumqayıt” – “Xəzər Lənkəran”
“İnter” – “Qarabağ”
“Bakı” – “Qəbələ”
“Neftçi” - AZAL
“Simurq” – “Rəvan”
Oyunlar avqustun 3-də və 4-də olacaq.