Azarkeş yükünün yarısı 2 klubun boynundadır
Futbol üzrə Topaz Premyer Liqasında I dövrəsinin oyunlarını 81 min 850 tamaşaçı izləyib. Lent.az-ın məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının hazırladığı statistikada bildirilir.
Həmin statistikaya əsasən, ötən 9 turun 45 oyununda orta tamaşaçı sayı 1819-a bərabər olub. Bunun yarıdan çoxu ev oyunlarında ən çox tamaşaçı toplayan 2 klubun hesabındadır. “Xəzər Lənkəran” ən yaxın izləyicisi “Sumqayıt”ı da tamaşaçı sayında 2 dəfədən çox qabaqlayaraq, neçə illərdir lideri olduğu göstəricidə yenə öndədir. 2-ci olan “gənclik şəhəri” təmsilçisi də öz növbəsində 3-cü yerdən 2 dəfədən çox üstünlük əldə edib. Bu mövqedə isə “Neftçi” qərarlaşıb. Ən az tamaşaçı toplayan isə “İnter”dir. “Bankirlər” “Rəvan”dan geri qalır.
yer |
klub |
oyun |
tamaşaçı sayı |
orta say |
1 |
Xəzər Lənkəran |
4 |
30600 |
7650 |
2 |
Sumqayıt |
4 |
13000 |
3250 |
3 |
Neftçi |
5 |
8300 |
1660 |
4 |
Qəbələ |
5 |
7300 |
1460 |
5 |
Qarabağ |
5 |
6850 |
1370 |
6 |
AZAL |
5 |
6200 |
1240 |
7 |
Bakı |
4 |
3500 |
875 |
8 |
Simurq |
4 |
1900 |
475 |
9 |
Rəvan |
5 |
2350 |
470 |
10 |
İnter |
4 |
1850 |
463 |
Cəmi: |
45 |
81850 |
1819 |
Çempionatın 3 ən az tamaşaçı toplayan oyunu autsayderlərin səfər matçları olub. Qəbələdə keçirilən “Simurq” – “Sumqayıt” və “Simurq” – “Rəvan” oyunlarının hərəsində 150, AZAL – “Sumqayıt” matçında isə 200 tamaşaçı qeydə alınıb.
I dövrənin ən çox tamaşaçı toplayan 4 oyununun hamısı isə Lənkəranda baş tutub. “Xəzər Lənkəran”ın “Neftçi” ilə oyununu 10000, “Bakı” ilə qarşılaşmasını 7100, “Simurq”la görüşünü 7000, “İnter”lə matçını isə 6500 izləyici seyr edib.
9 tur üzrə tamaşaçı sayına gəlincə isə 4-cü tur rekordla əlamətdar olub – 13 min 450. Ümumilikdə 9 turun 5-də 10 min tamaşaçı səddi keçilib. Mövsümün antirekordu isə 7-ci tura təsadüf edib – 5 min 400.
tur |
oyun |
tamaşaçı sayı |
orta say |
1 |
5 |
8500 |
1700 |
2 |
5 |
10600 |
2120 |
3 |
5 |
11100 |
2220 |
4 |
5 |
13450 |
2690 |
5 |
5 |
6000 |
1200 |
6 |
5 |
10550 |
2110 |
7 |
5 |
5450 |
1090 |
8 |
5 |
10400 |
2080 |
9 |
5 |
5800 |
1160 |
Premyer Liqanın 10 komandası 9 turda 10 stadionda oyunlarını keçirib. “Bakcell arena”da daha çox – 8 matç baş tutub. Qəbələ şəhər stadionunda isə 7 görüş təşkil olunub. Ən çox tamaşaçı gələn arena isə Lənkəran şəhər stadionudur. Bu göstəricidə 2-ci Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionudur.
yer |
stadion |
oyun |
tamaşaçı |
orta |
1 |
Lənkəran şəhər stadionu |
4 |
30600 |
7650 |
2 |
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu |
4 |
13000 |
3250 |
3 |
Bakcell Arena |
8 |
13800 |
1725 |
4 |
AZAL Arena |
5 |
6200 |
1240 |
5 |
Qəbələ şəhər stadionu |
7 |
7600 |
1086 |
6 |
Tofiq Bəhramov adına Respublika stadionu |
1 |
1000 |
1000 |
7 |
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu |
4 |
3500 |
875 |
8 |
Şəfa |
6 |
3450 |
575 |
9 |
Bayıl Arena |
5 |
2350 |
470 |
10 |
Dalğa Arena |
1 |
350 |
350 |
Müqayisə üçün ötən mövsümün ilk dövrəsində və yekununda olan tamaşaçı sayını xatırladaq. Nəticəsi ləğv olunan matç nəzərə alınmamaqla ötən çempionatın 191 qarşılaşmasını 328 min 937 tamaşaçı izləmişdi. Orta məhsuldarlığın 1722-yə bərabər olduğunu nəzərə alsaq, cari mövsüm irəliləyişin olduğu diqqət çəkir.