Futbol üzrə Topaz Premyer Liqasında X turun oyunları keçirilib. Lent.az-ın məlumatına görə, II dövrənin ilk turunda meydan sahiblərindən yalnız “Neftçi” qalib gələ bilib.
Flaqman “Rəvan”ın baş məşqçi postunda debüt edən Şahin Diniyevi sonadək sevinməyə qoymayıb. Yeni stadionunda ilk oyununu keçirən “Sumqayıt” isə “Qarabağ”la qarşılaşmada darmadağın olub.
“Xəzər Lənkəran” “Simurq”la, AZAL isə “Bakı” ilə səfər oyunlarında hesabda geri düşdüyü halda, məğlub olmayıb. Lənkəran təmsilçisi qalib gəlməyi bacarıbsa, “təyyarəçilər” turun yeganə heç-heçəsinə imza atıblar.
Nəhayət, “Qəbələ” qeyri-sabit çıxışını davam etdirən “İnter”i Bakıda minimal hesabla yenib.
20 oktyabr (bazar)
“Sumqayıt” – “Qarabağ” (Ağdam) – 0:3
Qollar: Anar Nəzirov, 5 (ö.q.); Reynaldo Silva, 56; Muarem Muarem, 60
“Bakı” – AZAL (Bakı) – 2:2
Qollar: Rauf Əliyev, 11; 22 // Branislav Arsenyeviç, 29; Yuri Fomenko, 70
19 oktyabr (şənbə)
“Neftçi” (Bakı) – “Rəvan” (Bakı) – 2:1
Qollar: Denis Silva, 65. Bahodır Nasimov, 79 - Xuan Manuel Varea, 8
“Simurq” (Zaqatala) – “Xəzər Lənkəran” – 1:2
Qollar: Nicat Qurbanov, 7 - Ağabala Ramazanov, 53. Manuel Skarlatake, 64
Qırmızı vərəqə: İdan Vaytsman, 79 (“Simurq”)
“İnter” (Bakı) – “Qəbələ” – 0:1
Qol: Daniel Subotiç, 45+1
|
komanda |
o |
q |
h |
m |
t |
x |
1 |
Qarabağ |
10 |
6 |
3 |
1 |
17-4 |
21 |
2 |
Neftçi |
10 |
6 |
3 |
1 |
14-7 |
21 |
3 |
Qəbələ |
10 |
6 |
1 |
3 |
15-9 |
19 |
4 |
AZAL |
10 |
4 |
3 |
3 |
11-13 |
15 |
5 |
Bakı |
10 |
4 |
2 |
4 |
18-12 |
14 |
6 |
Xəzər L |
10 |
3 |
4 |
3 |
9-10 |
13 |
7 |
Simurq |
10 |
3 |
4 |
3 |
9-9 |
13 |
8 |
İnter |
10 |
3 |
1 |
6 |
16-16 |
10 |
9 |
Rəvan |
10 |
1 |
3 |
6 |
5-21 |
6 |
10 |
Sumqayıt |
10 |
1 |
2 |
7 |
5-18 |
5 |
Bombardir: Mindauqas Kalonas (“Bakı”) - 5 qol.