Futbol üzrə Topaz Premyer Liqasında III turun oyunlarına hakim təyinatları açıqlanıb. Lent.az-ın məlumatına görə, “Qarabağ” və “Xəzər Lənkəran” arasında keçiriləcək mərkəzi qarşılaşma gənc FİFA referisi Rəhim Həsənova tapşırılıb.
Bu görüşü ümumilikdə 6 hakim idarə edəcək. Eyni hal turun açılış matçında da müşahidə olunacaq. Əlavə köməkçi hakimlərin də iş başında olacaqları hər 2 oyun “Bakcell Arena”da baş tutacaq:
17 avqust (şənbə)
21:00. “Neftçi” (Bakı) – “Simurq” (Zaqatala)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Namiq Bəkirov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Əhmədov
Bakı, “Bakcell Arena”
18 avqust (bazar)
20:00. “Qarabağ” (Ağdam) – “Xəzər Lənkəran”
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Mehman Mahmudov, Ramil Diniyev
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Feyzulla Feyzullayev
Bakı, “Bakcell Arena” stadionu
20:00. “İnter” (Bakı) – AZAL (Bakı)
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Nahid Əliyev, İnqilab Məmmədov
Bakı, “Şəfa” stadionu
18:00. “Bakı” – “Rəvan” (Bakı)
Hakimlər: Vüsal Əliyev, Cavanşir Yusifov, Munis Abdullayev, Sərxan İsmayılov
“Bakı” klubunun təlim-məşq bazasının stadionu
19 avqust (bazar ertəsi)
18:00. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Orxan Məmmədov, Rza Məmmədov, Elşən Acalov, Tahir Əhmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.