Futbol üzrə Topaz Premyer Liqasının XIII turunun heç bir oyununu 6 hakim idarə etməyəcək. Lent.az-ın məlumatına görə, bu barədə AFFA Hakimlər Komitəsi qərar verib.
Peşəkar Futbol Liqasının (PFL) saytında açıqlanan qarşıdakı turun təyinatlarında 5 oyunun heç birində əlavə köməkçi hakimlərə rast gəlinmir. Halbuki bu mövsümdən bütün turların ən azı 2 matçında qapılar arxasında hakimlər yer alıb.
PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev Lent.az-a açıqlamasında deyib: “Mənə nə veriblərsə, onu da dərc etmişik. AFFA Hakimlər Komitəsinin nəyə görə bu addımı atmasından xəbərsizəm”.
Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov isə Lent.az-a bildirib ki, 6 hakimlik sistem birdəfəlik tam ləğv olunmayıb.
XIII turun təyinatları:
8 noyabr (cümə)
17:00. “Rəvan” (Bakı) – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, İnqilab Məmmədov
Bakı, “Bayıl Arena”
9 noyabr (şənbə)
16:00. AZAL (Bakı) – “Qarabağ” (Ağdam)
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Rauf Cabbarov
Bakı, “AZAL Arena”
17:00. “İnter” (Bakı) – “Simurq” (Zaqatala)
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Elşən Acalov, Teymur Fərhadov
Bakı, “Şəfa” stadionu
10 noyabr (bazar)
17:00. “Xəzər Lənkəran” – “Qəbələ”
Hakimlər: Vüsal Əliyev, Rza Məmmədov, Namiq Hüseynov, Ramiz Məhərrəmov
Lənkəran şəhər stadionu
18:00. “Neftçi” (Bakı) – “Bakı”
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Azər Əsgərov, Nail Nağıyev
Bakı, “Bakcell Arena”.