Futbol üzrə Topaz Premyer Liqasında X turun proqramı açıqlanıb. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşıdakı tura oktyabrın 19-da “Bakcell Arena”da “Neftçi” – “Rəvan” matçı ilə start veriləcək.
Zaqatala “Simurq”u yenə ev oyununu doğma meydanda yox, Bakıda keçirəcək. Baş məşqçi Georgi Çixradzenin komandası bu dəfə “Xəzər Lənkəran”ı “Bayıl Arena”da qəbul edəcək.
Turun daha bir özəlliyi “Sumqayıt”ın Mehdi Hüseynzadə adına şəhər stadionunun əsas yox, yeni açılan süni meydanında ilk ev oyununu keçirəcəyi ilə bağlıdır. “Qarabağ”la qarşılaşma öncədən oktyabrın 20-də saat 18:00-da nəzərdə tutulsa da, sonradan 2 saat əvvələ keçirilib.
Ümumiyyətlə, turun 5 oyunundan 3-ü süni örtüklü meydanlarda keçiriləcək. İstifadə olunacaq meydanlardan yalnız “Bakcell Arena” və “Bakı” klubunun təlim-məşq bazasının stadionu təbii örtüklüdür. Digər tərəfdən, turun bütün oyunları Abşeron yarımadasında baş tutacaq.
19 oktyabr (şənbə)
16:00. “Neftçi” (Bakı) – “Rəvan” (Bakı)
Bakı, “Bakcell Arena”
17:00. “Simurq” (Zaqatala) – “Xəzər Lənkəran”
Bakı, “Bayıl Arena”
19:00. “İnter” (Bakı) – “Qəbələ”
Bakı, “Şəfa” stadionu
20 oktyabr (bazar)
16:00. “Sumqayıt” – “Qarabağ” (Ağdam)
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni meydan
16:00. “Bakı” – AZAL (Bakı)
“Bakı” klubunun təlim-məşq bazasının stadionu.