Topaz Premyer Liqası: “Xəzər Lənkəran” təhlükədə - NƏTİCƏLƏR - TURNİR CƏDVƏLİ
25 fevral 2013 10:47 (UTC +04:00)

Topaz Premyer Liqası: “Xəzər Lənkəran” təhlükədə - NƏTİCƏLƏR - TURNİR CƏDVƏLİ

Futbol üzrə Topaz Premyer Liqasının XXI turu bir sıra qaranlıq məsələlərə aydınlıq gətirib. Lent .az - ın məlumatına görə, paytaxt derbisində “Neftçi” “ İnteri ” 2 cavabsız qolla məğlub edərək, liderliyə yüksəlib.

 

“Bakcell Arena”da keçirilmiş qarşılaşmada flaqman rəqibindən açıq-aşkar üstün oyun sərgiləyib. İlk yarıda qol vurulmasa da, fasilədən sonra əvvəlcə Nikolas Kanales fərqlənərək, bombardirlər siyahısında şəriksiz liderliyini davam etdirib. Oyunun sonlarında isə meydana yenicə daxil olan Cavid İmamverdiyevin ötürməsindən sonra “İnter”in müdafiəçisi Valeri Abramidze topu öz qapısına göndərib.

 

Digər qarşılaşmada isə ilk “6 - lığ” a vəsiqəni təmin edən 5-ci komanda müəyyənləşib. Bu hüquqa “Xəzər Lənkəran”ı Yannik Kamananın “dubl”u sayəsində yenən “Qəbələ” yiyələnib. 0:2 hesablı məğlubiyyətdən sonra Lənkəran təmsilçisi 7-ci pilləyə enib. 6-cı pilləyə isə “Simurq”la səfərdə qolsuz heç-heçə edən “ Bakı ” yiyələnib. Paytaxtın eyniadlı klubu “Xəzər Lənkəran”la eyni xalı olsa da, şəxsi oyunlarda daha üstün olduğu üçün irəlidədir.

 

“Kəpəz”i darmadağın edən AZAL 8-ci pilləyə yüksəlib və ilk “6 - lığ” a iddiasını qoruyan 3-cü komanda olub. Əvəzində “Sumqayıt” “Turan”a, “Rəvan” isə “Qarabağ”a uduzaraq, mükafatlar uğrunda mübarizə şanslarını itirib. 

 

22 fevral (cümə)

 

“Rəvan” (Bakı) – “Qarabağ” (Ağdam) – 2:3
Qollar: Xuan Manuel Varea, 26. Mindauqas Kalonas, 59 - Riçard Almeyda, 6. Ansi Aqolli, 19. Admir Teli, 90+1 

Qırmızı vərəqə: Miloş Adamoviç, 67 (“Rəvan”)
 

“Simurq” (Zaqatala) – “ Bakı” – 0:0

İstifadə olunmamış penalti: Marius Pena, 90+3 (“ Bakı ”)

 

23 fevral (şənbə)

 

“Qəbələ” – “Xəzər Lənkəran” – 2:0

Qollar: Yannik Kamanan, 1; 88

Qırmızı vərəqə: Vanderson Skarduelli, 89 (“Xəzər Lənkəran”)
 

“Neftçi” (Bakı) – “İnter” (Bakı) – 2:0

Qollar: Nikolas Kanales, 49. Valeri Abramidze, 90+2 - öz qapısına 

 

AZAL (Bakı) – “Kəpəz” (Gəncə) – 3:0

Qollar: Cavid Tağıyev, 26. Orxan Səfiyaroğlu, 37. Viktor İqbekoyi, 81

 

24 fevral (bazar)

 

15:00. “Sumqayıt” – “Turan” (Tovuz) – 0:1
Qol: Salif Ballo, 45
İstifadə olunmamış penalti: Ruslan Qurbanov, 56 (“ Sumqayıt ”)

 

Turnir cədvəli:

 

N

Komandalar

O

Q

H

M

T

X

1

Neftçi

21

13

2

6

44-22

41

2.

İnter

21

11

7

3

24-12

40

3.

Qarabağ

21

10

8

3

30-19

38

4.

Simurq

21

9

8

4

24-14

35

5.

Qəbələ

21

9

5

7

25-21

32

6.

Bakı

21

5

12

4

22-14

27

7.

Xəzər Lənkəran

21

7

6

8

30-25

27

8.

AZAL

21

6

8

7

26-24

26

9.

Turan

21

6

5

10

22-32

23

10.

Rəvan

21

6

4

11

22-34

22

11.

Sumqayıt

21

5

6

10

18-37

21

12.

Kəpəz

21

2

3

16

11-44

9


Bombardir: Nikolas Kanales (“ Neftçi ”) - 20 qol.

 

 

 

# 1369
avatar

Oxşar yazılar