Topaz Premyer Liqası: 4 günə 5 oyun
15 noyabr 2013 13:12 (UTC +04:00)

Topaz Premyer Liqası: 4 günə 5 oyun

Futbol üzrə Topaz Premyer Liqasında XIV turun proqramı açıqlanıb. Lent. az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşıdakı turun oyunları 4 gün ərzində keçiriləcək.

 

İlk oyun noyabrın 21-də Qəbələdə eyniadlı komanda ilə AZAL arasında baş tutacaq. Ertəsi gün “Bakı” “Xəzər Lənkəran”ı, “Sumqayıt” “Simurq”u qəbul edəcək. Turun son 2 matçı isə şərikli liderlər “Neftçi” və “Qarabağ”ın iştirakı ilə baş tutacaq. “Neftçi” noyabrın 23-də paytaxt derbisində “İnter”in qonağı olacaq. “Qarabağ” isə noyabrın 24-də “Rəvan”ı sınağa çəkəcək.

 

21 noyabr (cümə axşamı)

 

14:00. “Qəbələ” – AZAL (Bakı)
Qəbələ, şəhər stadionu

 

22 noyabr (cümə)

 

14:00. “Bakı” – Xəzər Lənkəran”
“Bakı”nın təlim-məşq bazasının stadionu

 

17:00. “Sumqayıt” – “Simurq” (Zaqatala)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydan

 

23 noyabr (şənbə)

 

15:00. “İnter” (Bakı) – “Neftçi” (Bakı)
Bakı, “Şəfa” stadionu

 

24 noyabr (bazar)

 

17:00. “Qarabağ” (Ağdam) – “Rəvan” (Bakı)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1003
avatar

Oxşar yazılar