“Neftçi” klubunun baş məşqçisi Tərlan Əhmədov istefaya göndəriləcəyindən “Xəzər Lənkəran”la Azərbaycan Superkuboku matçından sonrakı mətbuat konfransında xəbər tutub. Lent.az-ın əməkdaşı gənc mütəxəssisə klub prezidenti Sadıq Sadıqovun saytımıza açıqlamasını xatırlatdıqdan sonra Əhmədov bu barədə məlumatsız olduğunu deyib.
O, klub rəhbərliyinin qərarını normal qarşılayıb: “Baş məşqçi gəldiyi kimi nə vaxtsa gedəcəyini anlamalıdır. Onun çamadanı yanında olmalıdır. Bu baxımdan, istefaya göndəriləcəyimi normal sayıram”.
Əhmədov 1:2 hesabı ilə uduzduqları matçda komandasını tanıya bilmədiyini də vurğulayıb. O, Topaz Premyer Liqasının son matçları ilə müqayisədə “Neftçi”nin zəif çıxışının səbəbini anlaya bilmədiyini açıqlayıb.

Tərlan Əhmədov istefasından mətbuat konfransında xəbər tutdu
Oxşar yazılar

Yurgen Klopp tarixin ən yaxşı məşqçisinin adını AÇIQLADI
1 iyul 2025 , 19:33
“Liverpul”un hücumçu üçün üç namizədi AÇIQLANDI
1 iyul 2025 , 18:54
İnsanabənzər robotların iştirak etdiyi ilk futbol turniri - VİDEO
1 iyul 2025 , 17:42
Sağalıb, bu axşam oynaya bilər
1 iyul 2025 , 16:28
Xabi Alonso yeni Modriçi tapdı
1 iyul 2025 , 14:39
Premyer Liqada futbolçu satışından ən çox pul qazanan hansı komandadır?
1 iyul 2025 , 12:39
"İnter" “Fluminense”yə məğlub oldu
1 iyul 2025 , 01:31