Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Fateh Terim Estoniya ilə oyundan öncə keçirdiyi mətbuat konfransında «Qalatasaray»-dan ayrılması ilə bağlı açıqlama verəcəyini bildirib.
Lent.az-ın «Habertürk»-ə istinadən məlumatına görə, o, deyib: «Əlbəttə, klubun idarə heyətinin üzvü olaraq, «Qalatasaray»-dan ayrılmağımla bağlı uyğun zamanda, uyğun bir yerdə və «Qalatasaray» ənənələrinə uyğun bir şəkildə gərəkən açıqlamanı verəcəyəm».
F.Terim bildirib ki, bunu idarə heyətinin noyabrda keçiriləcək toplantısında edəcək.