Tələbələrin Ümumdünya Yay Universiadasının qalibləri və məşqçilərinin mükafatları müəyyənləşdi
Azərbaycan Prezidenti İlham Əliyev “İtaliya Respublikasının Neapol şəhərində keçirilən Tələbələrin XXX Ümumdünya Yay Universiadasında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, sərəncama əsasən, İtaliya Respublikasının Neapol şəhərində keçirilən Tələbələrin XXX Ümumdünya Yay Universiadasında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri aşağıdakı məbləğdə mükafatlandırılacaqlar:
- birinci yeri tutan hər bir idmançı – 50 min manat, onun şəxsi məşqçisi – 25 min manat;
- ikinci yeri tutan hər bir idmançı – 30 min manat, onun şəxsi məşqçisi – 15 min manat;
- üçüncü yeri tutan hər bir idmançı – 20 min manat, onun şəxsi məşqçisi – 10 min manat;
- komandanın baş məşqçisi – idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).
417