Superkubokda kobud səhv buraxan baş hakim cəzalandırılmadı
25 oktyabr 2013 10:44 (UTC +04:00)

Superkubokda kobud səhv buraxan baş hakim cəzalandırılmadı

Futbol üzrə Topaz Premyer Liqasında XI turun hakim təyinatları açıqlanıb. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, “Xəzər Lənkəran” və “Neftçi” arasındakı Superkubok matçında kobud səhvə yol vermiş Rəhim Həsənov cəzalandırılmayıb.

 

Penalti qərarını qapı arxasındakı əlavə köməkçi hakimin işarəsindən sonra dəyişdirən Həsənov turun açılış matçını idarə edəcək. Üstəlik o, daha bir qarşılaşmada əlavə köməkçi hakim funksiyasını yerinə yetirəcək.

 

Turun mərkəzi oyunu sayılan “Xəzər Lənkəran” – “Qarabağ” matçı isə sabiq FİFA referisi Vüsal Əliyevə tapşırılıb.

 

25 oktyabr (cümə)

 

15:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər:
Rəhim Həsənov, İsgəndər Əliyev, Nahid Əliyev, Namiq Bəkirov

Qəbələ şəhər stadionu

 

18:00. “Rəvan” (Bakı) – “Bakı”
Hakimlər:
Fariz Yusifov, Azər Əsgərov, Mübariz Haşımov, Sərxan İsmayılov

Bakı, “Bayıl Arena”

 

26 oktyabr (şənbə)

17:00. AZAL (Bakı) – “İnter” (Bakı)
Hakimlər:
Orxan Məmmədov, Elman Musayev, Mehman Mahmudov, Ramiz Məhərrəmov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Əliyar Ağayev

Bakı, “AZAL Arena”

 

27 oktyabr (bazar)

18:00. “Simurq” (Zaqatala) – “Neftçi” (Bakı)
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, İnqilab Məmmədov
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Elvin Əsgərov

Bakı, “Şəfa” stadionu

 

19:00. “Xəzər Lənkəran” – “Qarabağ” (Ağdam)
Hakimlər:
Vüsal Əliyev, Rza Məmmədov, Knyaz Əmiraslanov, Ömər Paşayev
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Ramil Diniyev

Lənkəran şəhər stadionu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1178
avatar

Oxşar yazılar