Oktyabrın 23-də “Xəzər Lənkəran” və “Neftçi” futbol komandaları arasında keçiriləcək Azərbaycan Superkuboku uğrunda matçın biletləri Naxçıvana göndərilib. Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən Lent.az-a verilən məlumata görə, satışa 11 min bilet çıxarılıb.
Onların hamısına 1 manat qiymət qoyulub. Superkubok isə Naxçıvana matçdan bir gün öncə aparılacaq. Həmin gün “kiçik torpağ”a PFL prezidenti Ramin Musayev də yollanacaq.
Qeyd edək ki, Naxçıvan şəhər stadionunda keçiriləcək “Xəzər Lənkəran” – “Neftçi” matçı saat 15:00-da başlanacaq.