Superkubok “Xəzər Lənkəran”ın oldu
23 oktyabr 2013 16:56 (UTC +04:00)

Superkubok “Xəzər Lənkəran”ın oldu

Oktyabrın 23-də 18 illik fasilədən sonra Azərbaycan Super Kuboku uğrunda görüş keçirilib. Lent.az-ın məlumatına görə, İbrahim Axundlu adına Naxçıvan şəhər stadionunda “Xəzər Lənkəran” və “Neftçi”  üz-üzə gəlib.

10 minədək tamaşaçının izlədiyi görüş “Xəzər Lənkəran”ın qələbəsi ilə yekunlaşıb – 2:1. Qalib komandadan qolları Mbilla Etame və Rasim Ramaldanov vurub. “Ağ-qaralar”dan isə Karlos Kardoso fərqlənib. 65-ci dəqiqədə “Xəzər Lənkəran” 1:0 hesabı ilə öndə olduğu vaxt azlıqda qalıb. Baş hakim Rəhim Həsənov Sadio Tounkaraya qırmızı vərəqə göstərib.

Bundan sonra “Neftçi” bərabərlik qolunu vurub. “Xəzər Lənkəran” isə azlıqda qalmasına baxmayaraq, 89-cu dəqiqədə Ramaldanovun qolu ilə qələbəyə nail olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1350
avatar

Oxşar yazılar