Sumqayıtda “Uşaq Paralimpiya İdman Festivalı ” keçirilib
26 dekabr 2013 17:39 (UTC +04:00)

Sumqayıtda “Uşaq Paralimpiya İdman Festivalı ” keçirilib

Sumqayıt Paralimpiya Kompleksində ölkəmizdə ilk dəfə “Uşaq Paralimpiya İdman Festivalı” keçirilib. Milli Paralimpiya Komitəsindən (MPK) Lent.az-a verilən məlumata görə, tədbir BMT–nin Uşaq Fondunun Azərbaycan Nümayəndəliliyi (UNİCEF) ilə imzalanmış Memorandum çərçivəsində baş tutub.

 

MPK-nın I vitse prezidenti, Uşaq Paralimpiya Komitəsinin İdarə Heyətinin sədri Natiq Qasımov ölkəmizdə paralimpiya hərəkatının inkişafı, bu sahəyə olan dövlət qayğısı, Uşaq Paralimpiya hərəkatının yaradılması haqda danışıb. O, qeyd edib ki, festivalın keçirilməsində əsas məqsədi Azərbaycanda Uşaq Paralimpiya Hərəkatının təşviqi məqsədilə təbliğat işlərinin aparılması və sağlamlıq imkanları məhdud uşaqları cəlb etməklə, onların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyalarını təmin edilməsinə şəraitin yaradılmasıdır. Eyni zamanda əlil idmanı və paralimpiya dəyərlərini geniş əhali kütləsi arasında təşviq etməklə, fiziki güsurlu gəncləri, xüsusən uşaqları Paralimpiya Hərəkatının fəal üzvlərinə çevirməkdən ibarətdir.

 

Festivalda UNİCEF–in Azərbaycan Nümayəndəliyi rəhbərinin müavini Rəşid Mustafa və “Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi”nin sədri, Uşaq Paralimpiya Komitəsinin İdarə Heyətinin üzvü Gülarə Teymurova UNİCEF–lə AMPK arasında qurulmuş əməkdaşlıq, Uşaq Paralimpiya Komitəsinin yaradılmasının əhəmiyyətli və inkişafı, bu sahədə qeyri hökumət təşkilatlarının rolu barədə çıxış ediblər.

 

Rəsmi çıxışlardan sonra uşaq paralimpiyaçı idmançılar və musiqiçilər nümunəvi idman növləri və musiqi nömrələri ilə çıxış ediblər. Festivalda AMPK–nın prezidenti İlqar Rəhimov, Uşaq Paralimpiya Komitəsinin İdarə Heyətinin üzvləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, sağlamlıq imkanları məhdud uşaqlar və onların valideynləri iştirak ediblər.

 

Qeyd edək ki, bu il sentyabrın 27-də dünyada ilk dəfə AMPK–nın nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılıb və ölkəmizdə Uşaq Paralimpiya Hərəkatının yaradılması və inkişafına dəstək olaraq, oktyabrın 8–də AMPK və UNİCEF arasında Anlaşma Memorandumu imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 958
avatar

Oxşar yazılar