2014-cü il dünya çempionatının seçmə qrup mərhələsinin oyununda Azərbaycan millisinin qonağı olacaq Şimali İrlandiya milli komandası Bakıda ilk məşqini keçirib. Lent.az-ın məlumatına görə, britaniyalıların hazırlıq prosesi “Bakı” klubunun təlim-məşq bazasında baş tutub.
Media mənsublarının da iştirak etdiyi hazırlığın yalnız 15 dəqiqəsi jurnalistlər üçün açıq olub. Sonda qonaqlar “Bakı”nın onlara yaratdığı şəraitdən razılıqlarını ifadə ediblər.
Qeyd edək ki, Azərbaycan və Şimali İrlandiya milliləri oktyabrın 11-də saat 21:00-da “Bakcell Arena”da üz-üzə gələcəklər.