Şəhriyar Məmmədyarovdan böyük sıçrayış
01 avqust 2013 12:45 (UTC +04:00)

Şəhriyar Məmmədyarovdan böyük sıçrayış

FİDE (Beynəlxalq Şahmat Federasiyası) dünya şahmatçılarının avqustun 1-ə olan reytinq siyahısını açıqlayıb. Lent.az-ın məlumatına görə, son turnirlərdə uğurla çıxış edən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov yenidən ilk “10-luğ”a düşməyi bacarıb.

 

Ötən siyahı ilə müqayisədə aktivinə daha 14 xal əlavə edən Məmmədyarov 6 pillə irəliləyərək. 2775 xalla 6-cı pilləyə yüksəlib. Hazırda o, norveçli Maqnus Karlsen (2862), ermənistanlı Levon Aronyan (2813), italiyalı Fabiano Karuana (2796), eləcə də rusiyalı Aleksandr Qrişuk (2785) və Vladimir Kramnikdən (2784) geri qalır. Şahmatçımızı hazırkı dünya çempionu, hindistanlı Vişvanatan Anand izləyir. Anandın da 2775 xalı var.

 

İlk “100-lüy”ə düşən digər şahmatçılarımızdan Teymur Rəcəbov 2 pillə irəliləyib. O, hazırda 2733 xalla 21-cidir. Eltac Səfərli isə 2660 xalla 1 pillə geriləyib və 87-ci pilləyə enib.

 

Sürətli şahmat üzrə dünyanın ən güclüləri siyahısında isə Məmmədyarov 2822 əmsalla 4-cü, Rəcəbov 2760 əmsalla 11-ci pillədədir. Blits üzrə isə beynəlxalq qrossmeyster Rauf Məmmədov 2766 əmsalla 13-cü, Rəcəbov 2755 əmsalla 17-ci yerdədir. Xəyalə Abdulla (2224, 34-cü yer), Nərmin Kazımova (2228, 41-ci yer), Səbinə İbrahimova (2168, 76-cı yer) və Nərmin Xələfova (2132, 98-ci yer) da 100 ən güclü şahmatçı qızların siyahısında yer alıblar. Oğlanlar arasında Nicat Abasov (2492, 52-ci yer) və Bəhruz Rzayev (2453, 85-ci yer) 100 ən güclü gənc şahmatçılar siyahısındadır.

 

Ölkələrin reytinq cədvəlində isə Azərbaycan 138 ölkə arasında 12-ci pillədədir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1242
avatar

Oxşar yazılar