Bu gün Pekində Dünya İntellektual Oyunları çərçivəsində keçirilən şahmatın bask növü (idmançılar eyni vaxtda iki taxtada müxtəlif rəngli fiqurlarla bir-birinə qarşı mübarizə aparırlar) üzrə yarışlar başa çatıb.
Lent.az-ın məlumatına görə, Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov sonuncu turda Levon Aronyan (Ermənistan) üzərində qazandığı 2 qələbə ilə ümumi hesabda 6,5 xalla ikinci yeri tutub.
Yarışın qalibi adını 8.5 xal toplayan Rusiya şahmatçısı Sergey Karyakin qazanıb, üçüncü yerin sahibi Ruslan Ponamoryov (Ukrayna) olub.
Yarışda ölkəmizi təmsil edən digər idmançı Teymur Rəcəbov isə ümumilikdə aktivinə 3,5 xal yaza bilib.
Qeyd edək ki, yarışda dünyanın 16 ən güclü şahmatçıları (A.Qrişuk, S.Karyakin,Y.Nepomnyaşiy, ( Rusiya), Ş. Məmmədyarov və T. Rəcəbov (Azərbaycan),Van Xao, Van Yue ( Çin), V.İvancuk, R. Ponomarev ( Ukrayna), L.Aronyan (Ermənistan), L.Dominges (Kuba), Le Kuanq Liem (Vietnam), M.Vaşıe-Laqrav (Fransa), Q.Kamskiy (ABŞ ), P.Leko (Macarıstan) A.Qiri (Niderland) iştirak ediblər.