Rusiyanın tanınmış tennisçisi Mariya Şarapova Tsintsnnatidəki yarışın ikinci turundakı məğlubiyyətdən sonra məşqçisi Cimmi Konnorsla əməkdaşlığı dayandırıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu mütəxəssisin başçılığı altında o, Qadınların Tennis Assosiyasının Tsintsnnatidəki yarışında bir oyun keçirib, o da amerikalı tennisçi Sloan Stivensə qarşı olub.
Konnors bu ilin iyulunda Şarapova ilə işləməyə başlayıb. Ondan rusiyalı tennisçi isveçli məşqçi Tomas Hoqstedlə 3 il birlikdə çalışıb.